Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazaxda “Muzeylər bizim tariximiz, mədəniyyətimiz, milli varlığımızdır” başlıqlı tədbir keçirildi

17.05.2025

Mayın 17-də Beynəlxalq Muzeylər Günü ilə əlaqədar Qazax rayonunda fəaliyyət göstərən muzeylərin birgə təşkilatçılığı ilə “Muzeylər bizim tariximiz, mədəniyyətimiz, milli varlığımızdır” başlıqlı tədbir keçirildi.

Qazax Tarix-Diyarşünaslıq Muzeyində təşkil olunmuş tədbirdə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin sədri, Əməkdar Mədəniyyət İşçisi İsgəndər Qurbanov, Qazax rayon Heydər Əliyev Mərkəzinin, Tarix-Diyarşünaslıq Muzeyinin, M.P.Vaqif və M.V.Vidadinin Xatirə Muzeyinin, Qazax Dövlət Rəsm Qalereyasının direktor və əməkdaşları iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qazax Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının 2016-cı ilin oktyabrın 19-da Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən açılışını əks etdirən görüntülərdən ibarət videoçarxın nümayişindən sonra tədbiri giriş sözü ilə Qazax rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alışanova açaraq tədbir iştirakçılarını salamlayıb və əlamətdar gün münasibətilə muzey işçilərini təbrik edərək onlara işlərində uğurlar arzulayıb.

Çıxışçılar rəhbərlik etdikləri muzeylərin fəaliyyətindən, Ulu öndər Heydər Əliyevin, muzey şəbəkələrinin genişləndirilməsinə, muzeylərin maddi- texniki bazasının gücləndirilməsinə, ümumilikdə Azərbaycanda muzey işinə daim göstərdiyi diqqət və qayğıdan danışıblar və çıxışlarda ümumi bir fikir ifadə olunub ki, ümummilli lider Heydər Əliyev tərəfindən muzey işinin inkişafı üzrə müəyyən edilmiş prioritetlər bu gün Ulu öndər siyasi məktəbinin ən layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizin Birinci vitse- prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.

MİHİ Qazax rayon Komitəsi tərəfindən muzey işinin təşkilində fəallıq göstərən bir neçə muzey əməkdaşının Fəxri Fərmanlarla təltif edilməsindən sonra Qazax şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin müəllim və şagirdlərinin konsert proqramı ilə tədbir davam etdirilib.

Sonda tədbir iştirakçıları Qazax rayon Tarix Diyarşünaslıq muzeyini ekskursiya edib, muzeyin maraqlı eksponatları haqqında maraqlı məlumatları dinləyiblər.