Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafada Uşaq İncəsənət Festivalı çərçivəsində tədbir keçirilib

24.04.2025

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən "Uşaq İncəsənət Festivalı – 2025" çərçivəsində birinci seçim turu davam edir.

24 aprel 2025-ci il tarixdə Uşaq İncəsənət Festivalı çərçivəsində Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi tərəfindən birinci seçim turunun başlanılması ilə bağlı tədbir keçirilib.

Qeyd edək ki, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi şəhər və rayonlarda 24 nominasiya üzrə 6-17 yaş arası 1500-dən çox iştirakçı qeydiyyatdan keçib. Qeydiyyatdan keçən iştirakçılar 21 aprel 2025-ci il tarixindən etibarən start verilən 1-ci seçim mərhələsində öz bacarıqlarını nümayiş etdirirlər.

Festival iştirakçılarının, həmçinin bölgədə yaşayan uşaq və gənclərin əyləncəli vaxt keçirmələri məqsədilə Ağstafa rayon Heydər Əliyev Mərkəzinin qarşısında həyata keçirilən tədbirdə bir-birindən maraqlı və rəngarəng guşələr yaradılıb, interaktiv proqramlar təşkil edilib.

Tədbirin sonunda seçim turuna baxış keçirilib.

İştirakçılara uğurlar arzulayırıq.

#QazaxTovuzRMİ #mədəniyyət #UİF #festival #incəsənət