Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Festival ab-havası bu dəfə Şəmkirdə hiss olunub

03.05.2025

03 may 2025-ci il tarixində Uşaq İncəsənət Festivalı çərçivəsində Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi tərəfindən birinci seçim turunun başlanılması ilə bağlı Şəmkirdə tədbir keçirilib.

Festival iştirakçılarının, həmçinin bölgədə yaşayan uşaq və gənclərin əyləncəli vaxt keçirmələri məqsədilə Şəmkir şəhəri, Heydər Əliyev parkında keçirilən tədbirdə bir-birindən maraqlı və rəngarəng guşələr yaradılıb, interaktiv proqramlar təşkil edilib.

#QazaxTovuzRMİ #MədəniyyətVəİncəsənət #YaradıcılıqYolu #UİF2025 #festival #incəsənət #Şəmkir