Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəmkirdə “Konstitusiya və Suverenlik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib

20.05.2025

2025-ci ilin ölkə üzrə “Konstitusiya və Suverenlik ili” elan olunması ilə əlaqədar Respublikanın müxtəlif bölgələrində silsilə tədbirlər keçirilir. Bu tədbirlər çərçivəsində Şəmkir rayonunun Mədəniyyət müəssisələrinin iştirakı ilə Şəmkir rayon Heydər Əliyev Mərkəzinin həyətində ağacəkmə aksiyası keçirilib.
Tədbirin məqsədi vətəndaşlarda təbiətə qayğı hissini artırmaq, ekoloji tarazlığın qorunmasına töhfə vermək, eyni zamanda milli dəyərlərimizə və dövlətçiliyimizə hörmət ruhunu təşviq etmək olub.
Aksiya zamanı çıxış edən Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin Şəmkir rayonu üzrə nümayəndəsi Sənan Məmmədli tədbirin ictimai və mənəvi əhəmiyyətinə toxunaraq, aksiya iştirakçılarına öz təşəkkürünü bildirib.