Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gədəbəy rayon Tarix Diyarşünaslıq Muzeyində tədbir keçirilib

18.05.2025

18 may 2025-ci il tarixdə Gədəbəy rayon Tarix Diyarşünaslıq Muzeyində tədbir keçirildi. "18 May-Beynəlxalq Muzeylər Günü" münasibətilə gün ərzində çoxlu qonaqlar gəldi. Onların içərisində könüllülər daha çox diqqəti cəlb etdilər. "Beynəlxalq Muzeylər Günü" adlı şapka, köynək, sumka ilə hazırlıqlı gələrək qonağımız oldular. Muzeydə tarixi keçmişimizə aid eksponatlarla tanış olduqdan sonra müxtəlif şəkillər çəkdirdilər, öz ürək sözlərini rəy və təkliflər kitabına yazdılar.