Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazaxda “Narkomaniyaya Yox deyək” adlı tədbir kecirilib

22.05.2025

22 may 2025-ci il tarixdə Qazax rayon Mədəniyyət Mərkəzində Mədəniyyət Mərkəzinin, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin birgə  təşkilatçılığı ilə “Narkomaniyaya Yox deyək” adlı tədbir kecirilib.
Tədbirdə Qazax rayon Psixiatiriya mərkəzinin baş həkimi Nahidə Osmanova  mövzu ətrafında geniş çıxış edərək bilidirib ki, Cəmiyyətdə "ağ ölüm" kimi tanınan narkomaniya  insan həyatında  fəsadlar yaradan, bəşəriyyət üçün dövründə böyük fəsadlar verən taun xəstəliyi kimi bəla olan, irqindən, yaşından, dinindən asılı olmayaraq, bütün xalqları, millətləri düşündürən ən ağrılı problemlərdən biridir. Xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya (geniş mənada narkotizm) günümüzün sərhəd tanımayan, qlobal xarakter daşıyan, dünyada qorxulu xəstəlik kimi hər bir insanı düşündürür. Beynəlxalq problemin həllinə xidmət edən mühüm addımlardan biri kimi, xüsusilə yeniyetmə və gənclər arasında maarifləndirmə işlərinin genişləndirilməsi prioritet məsələdir.
Qazax rayon Mədəniyyət Mərkəzinin direktoru Zahidə Həsənova, MİHİ Qazax rayon komitəsinin sədri, Əməkdar Mədəniyyət İşçisi İsgəndər Qurbanov, Qazax rayon MKS-nin direktoru Fəridə Xudiyeva, Çaylı kənd Folklor evinin müdiri Məhəmmədəli Məşədiyev çıxışlarında bilidirblər ki, yaşadığımız dövrün ən aktual, ağrılı problemi olan narkomaniya və onun fəsadlarına qarşı mübarizə ilə bağlı əhali, xüsusən də gənc nəsil arasında maarifləndirmə və təbliğat işlərinin aparılması ölkəmizdə də ümumxalq hərəkatına çevrilib. Ümummilli liderimiz Heydər Əliyevin 15 iyul 2000-ci il tarixli fərmanı ilə 2000-2006-cı illəri əhatə edən narkomanlığın yayılmasına, narkotik vasitələrin, psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə üzrə Milli Proqram qəbul edilmiş, həmçinin xüsusi Dövlət Komissiyası yaradılmışdı. Ölkə rəhbərinin imzaladığı "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramı"nda nəzərdə tutulan məsələlərin həlli istiqamətində  uğurlu addımlar atılır.