Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafada 28 May – Müstəqillik Gününə həsr olunan tədbir keçirilib

27.05.2025

27 may 2025-ci il tarixdə Ağstafa rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi və Ağstafa rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə 28 May-Müstəqillik Günü ilə əlaqədar tədbir keçirildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin,  müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Tədbirdə çıxış edənlər 28 May – Müstəqillik Gününün əhəmiyyətindən bəhs ediblər.
Həmçinin çıxışlarda müstəqilliyimizin bərpası və qorunması istiqamətində görülən işlərdən danışıldı.
O, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə ictimai-siyasi sabitliyin bərqərar edildiyini və dövlətçiliyimizin möhkəmləndirildiyini bildirildi. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun uğurla davam etdirildiyini vurğulandı. 
Tədbir bədii hissə ilə davam etdi.