Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazaxda “Dönməz, əbədi, sarsılmaz müstəqilliyimiz” başlıqlı tədbir keçirildi

27.05.2025

Mayın 27- də Qazax rayon Mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı  ilə 28 may Müstəqillik Günü ilə əlaqədar əlaqədar “Dönməz, əbədi, sarsılmaz müstəqilliyimiz” başlıqlı tədbir keçirildi. Qazax rayon Mədəniyyət Mərkəzində təşkil olunmuş tədbirdə MİHİ Qazax rayon Komitəsinin sədri, Əməkdar Mədəniyyət İşçisi İsgəndər Qurbanov, Qazax rayon mədəniyyət müəssisələrinin direktor və əməkdaşları iştirak ediblər. Müstəqilliyimizin keçdiyi tarixi inkişaf yolunu əks etdirən kitablardan ibarət sərgi nümayiş etdirilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib,  xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, Azərbaycan xalqının istiqlal mübarizəsinin tarixindən danışıb və bildirib ki,  XX əsrin sonlarında müstəqilliyini yenidən əldə edən dövlətimiz varislik ənənələrini yaşatdı, inkişaf etdirdi. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Müstəqilliyin əldə edilməsi mürəkkəb bir proses olsa da onu qoruyub saxlamaq daha çətin, məsuliyyətli bir işdir. Lakin çox çətin və mürəkkəb şəraitdə xalqın təkidi ilə hakimiyyətə gələn Ulu Öndər dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu. Kiçik bir ölkə Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi. Yalnız Ulu Öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycan özünün geosiyasi imkanlarını gerçəkləşdirməyə başladı.

MİHİ Qazax rayon Komitəsinin sədri, Əməkdar Mədəniyyət İşçisi İsgəndər Qurbanov,Qazax MKS-nin direktoru Fəridə Xudiyeva, Qazax Rayon Tarix- Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova, Qazax Dövlət Rəsm Qalereyasının direktoru Münəvvər Xəlilova, M.P.Vaqifin və M.V.Vidadinin Xatirə Muzeyinin elmi işçisi Esmira Qəribova, Ürkməzli kənd sənətkarlıq evinin müdiri Gülsənəm Cəlilova, Qazax şəhər 2 nömrəli musiqi məktəbinin direktoru Ramil Qurbanov  çıxış etdilər. Çıxışlarda ümumi bir fikir ifadə olundu ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, müstəqilliyin möhkəmlənməsinə xidmət edir. Prezident İlham Əliyev müstəqilliyimizin qorunub saxlanılması, ölkəmizdə demokratik cəmiyyətin formalaşdlrılması üçün islahatlar  həyata keçirir. Aparılan uğurlu islahatlar sayəsində ölkəmiz artıq dünyada tanınan nüfuzlu bir dövlətə çevrilib.  Bu gün ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olunub. İşğaldan azad olunmuş torpaqlarımızda üçrəngli Azərbaycan bayrağının dalğalanması mütəqilliyimizin əbədi, dönməz, sarsılmaz olduğunun göstəricisidir.
Tədbir Qazax şəhər 1 nömrəli uşaq musiqi məktəbinin saz müəllimi Oqtay Piriyevin,  Qazax şəhər 2 nömrəli uşaq musiqi məktəbinin müəllimi Günay Məmmədova və şagirdlərinin, Zəhra Abdullayevanın, Dəmirçizadə Dərya və İsmayıllı İsmayılın  ifasında musiqi və şeirlərin səsləndirilməsi ilə sona çatdırılıb.