Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gədəbəydə ”Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir” adlı tədbir təşkil edilib

27.05.2025

27.05.2025-ci il tarixdə Gədəbəy rayon Heydər Əliyev  Mərkəzində rayon Mədəniyyət müəssisələrinin və MİHİ Gədəbəy rayon Komitəsinin birgə təşkilatçılığı və iştirakı ilə 28 may Müstəqillik günü ilə əlaqədar olaraq "Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir" adlı tədbir təşkil edilib. Öncə Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canından keçmiş Şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra tədbiri giriş sözü ilə Gədəbəy rayon Heydər Əliyev Mərkəzinin direktoru Pərviz Bayramov açaraq bildirib ki, 28 May – Müstəqillik Günü xalqımızın tarixi yaddaşında azadlıq və milli dövlətçilik uğrunda mübarizənin simvoludur. 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti təkcə xalqımızın deyil, bütövlükdə Şərq və müsəlman dünyasının ilk demokratik, hüquqi, dünyəvi parlament respublikası kimi tarixə düşmüşdür. Bu tarixi hadisə milli şüurun oyanışının, dövlətçilik iradəsinin və xalqın öz müqəddəratını müəyyən etmək qətiyyətinin bariz nümunəsi idi.Mövzu ətrafında MİHİ Gədəbəy rayon Komitəsinin sədri Sona Verdiyeva, MKS-nin əməkdaşı Şöhrət Yusubova və Heydər Əliyev  Mərkəzinin əməkdaşı Günel Məmmədova da çıxış edib.