Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafada ”Könüllər şairi Hüseyn Arif” adlı tədbir keçirildi

10.06.2025

10 Ìyun 2025 -ci il tarixində Ağstafa rayon Hüseyn Arif Ev Muzeyində  Azərbaycanın xalq şairi Hüseyn Arifin anadan  olmasının 101-ci ildönümü ilə əlaqədar olaraq "Könüllər şairi Hüseyn Arif" başlığı altında tədbir keçirildi. Tədbirdə Ağstafa şəhər Asif Abdullayev adına 2 saylı tam orta məktəbin 5-ci sinif şagirdləri və müəllim Sevinc Sadıqova iştirak etdi. İlk öncə Hüseyn Arif Ev Muzeyinin əməkdaşları tədbirə dəvətli müəllim və şagirdlər şairin qəbrini ziyarət etdilər. Şagirdlər şairin büstü ətrafında onun dillər əzbəri olan şeirlərini söylədilər.

Daha sonra şairin ev muzeyində təşkil olunmuş tədbir keçirilib. Tədbirdə Hüseyn Arifin həyat və yaradıcıllığı haqqında geniş məruzə ilə çıxış olundu. Qeyd olundu ki, Hüseyn Arif Azərbaycan ədəbiyyatına illərlə külüng vurmuş bir sənətkar olub. Onun şeirləri öz sadəliyi, rəngarəngliyi ilə hər zaman sevilib və seviləcək. Şagirdlər tədbirdə Hüseyin Arifin şeirlərini əzbər söylədilər və şairin şeirlərinə musiqi bəstələnmiş mahnılarını ifa etdilər.