12.06.2025
12 iyun 2025-ci il tarixində Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin E.Hüseynov adına Mərkəzi Kitabxanası oxu zalında Qazax şəhidlərinin doğum günləri ilə əlaqədar olaraq “Qazax elinin Şəhidləri: Unutmadıq...Unutmarıq!” adlı videoçarx nümayiş etdirib. Tədbirdə bir qrup tələbə, fəal oxucu və kitabxana əməkdaşları iştirak edib. Öncə vətən torpaqlarının azadlığı uğrunda qurban gedən Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Qazax elinin Şəhidləri: Unutmadıq...Unutmarıq!” adlı videoçarxda 44 Günlük Vətən Müharibəsində öz ölümləri ilə ölümsüzlüyə qovuşan qəhrəmanlardan Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, ”Döyüşdə fərqlənməyə görə”, ”Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş kəşfiyyatçı Namazov Elcan Hidayət oğlunun, “Vətən uğrunda”, ”Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunmuş Məmmədov Əvəz Elnur oğlunun, “Vətən uğrunda”, ”Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə”, 3-cü dərəcəli “Vətənə xidmətə görə ”medalları ilə təltif olunmuş çavuş İsgəndərov Pərvin Pərviz oğlunun, Antiterror əməliyyatının Qazax Şəhidi 3-cü dərəcəli “Vətənə xidmətə görə ”, “Vətən uğrunda” medalları ilə təltif olunmuş Hüseynov Ramin Rövşən oğlunun hər kəs üçün örnək olan şərəfli ömür yolları, döyüşdə göstərdikləri qəhrəmanlıqları, igidlik nümunələri nümayiş olunub.
Azərbaycan torpaqlarının bütövlüyü uğrunda canını fəda edən Şəhidlərin əziz xatirəsi qəlbimizdə daim yaşayacaq, nə qədər ki Azərbaycan var, Azərbaycan xalqı var onun şəhidlərinin adı daim qürur və iftixarla, xüsusi ehtiramla anılacaqdır.