Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafada ”Milli dövlətçiliyimizin xilaskarı” başlıqlı tədbir keçirildi. 

12.06.2025

12 Ìyun 2025-ci tarixində Ağstafa şəhər 1 saylı folklor klubunda Ağstafa rayon  Hüseyn Arif Ev Muzeyi, Ağstafa şəhər 1 saylı folklor klubu və Ağstafa rayon Tarix Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə 15 Ìyun - Milli Qurtuluş Günü münasibətilə "Milli dövlətçiliyimizin xilaskarı" başlıqlı tədbir keçirildi. Tədbiri giriş sözləri ilə açan Ağstafa şəhər 1 saylı folklor klubunun direktoru Vaqif Əhmədov çıxışında xüsusilə qeyd etdi ki, 15 Ìyun xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında,möhkəmlənməsində böyük rolu olan Ulu Öndər Heydər Əliyevdir. Daha sonra digər çıxışçılar 15 Ìyun Milli Qurtuluş Gününün yaranma tarixindən, dövlətçilik ənənələrimizdən, bu günün Azərbaycan tarixindəki önəmindən, Azərbaycanın uğurlarından geniş şəkildə söhbət açdılar.