13.06.2025
13 İyun 2025-ci il tarixində Qazax rayon Mədəniyyət Mərkəzində Qazax Rayon İcra Hakimiyyətinin və Qazax rayon mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə 15 İyun-Milli Qurtuluş Gününə həsr edilmiş "Qurtuluşun əbədi müəllifi " adlı tədbir təşkil edilib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin Başçısı cənab Rəcəb Babaşov, aparatın əməkdaşları, təhsil, səhiyyə, mədəniyyət, digər müəssisə, təşkilatların əməkdaşları və rayon ictimaiyyəti iştirak ediblər.
Tədbirdə Qazax rayon Heydər Əliyev Mərkəzinin Ümummilli Liderə həsr olunmuş səyyar sərgisi, Qazax Dövlət Rəsm Qalereyasının dərnək üzvlərinin rəsmləri və MKS - nin kitab sərgisi nümayiş olunub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Himn səsləndirildikdən sonra Ulu Öndərin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin aparıcıları xalqımızı və qonaqları bu bayram günü münasibətilə təbrik etdikdən sonra söz Qazax Rayon İcra Hakimiyyətinin Başçısı cənab Rəcəb Babaşova verilib. Cənab Rəcəb Babaşov xalqımızı və tədbir iştirakçılarını təbrik edərək, Milli Qurtuluş Gününün tarixindən, Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsindən, Ali Baş Komandan cənab İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasətdən danışıb.
Sonra tədbir konsert proqramı ilə davm etdirilib. Gənc ifaçılar Nicat Zeynallı “Zəfərin mübarək, Vətən”, Gülnar Mədətova “Möhtacam”, Vüsal Osmanlı “Ey Vətən”, Nəsimi Kamaloğlu “Səndən qəşəngi yoxdu”, Nəsimi Kamaloğlu və Zəmanə Dərviş “Ölərəm sənin üçün”, Məhəmməd Budaqov “Dalğalansın bayrağımız” adlı mahnı töhfələri ilə tədbirə xoş ovqat bəxş ediblər.
Aşıq Camoy Qurbanov sazda ifa etdiyi musiqi töhfəsi ilə bayram tədbirinə rəng qatıb. “Zəfər” ritm qrupunun təqdim etdiyi “Cəngi” havası alqışlarla qarşılanıb.