Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Uşaq Musiqi Məktəbləri arasında I Regional xor müsabiqəsi keçirilib

09.05.2025

09 may 2025-ci il tarixdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə tabeliyində fəaliyyət göstərən Uşaq Musiqi Məktəbləri arasında I Regional xor müsabiqəsi keçirilib.

Müsabiqənin keçirilməsində məqsəd Ulu Öndər Heydər Əliyevin uşaq və yeniyetmələrin bədii estetik zövqünün formalaşmasında xidmətinin təbliğ olunması və eyni zamanda xüsusi istedada malik olan uşaq və gənclərin yaradıcılıq potensialını İnkişaf etdirmək, yeni istedadları üzə çıxarmaqdan ibarətdir. 

Tovuz rayon Abulbəyli kənd Folklor evində keçirilən müsabiqədə Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsindən dəvət olunan münsiflər heyəti qarşısında 8 xor kollektivi müxtəlif musiqi nömrələri ilə çıxış ediblər. Sonda qalib gəlmiş xor kollektivləri münsiflər heyəti tərəfindən elan olunub.

Gədəbəy şəhər Uşaq İncəsənət Məktəbi I yerə, Şəmkir şəhər Uşaq Musiqi Məktəbi II yerə, Ağstafa şəhər Hüseyn Arif adına Uşaq Musiqi Məktəbi III yerə çıxıblar. Qalib kollektivlərə diplom və hədiyyələr təqdim olunub.