Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuzda ”Ordum varsa Yurdum var” mövzusunda tədbir təşkil edilib

25.06.2025

25 iyun 2025-ci il tarixində Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi Tovuz rayonu üzrə Mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı  ilə Tovuz rayon Heydər Əliyev Mərkəzində 26 iyun Silahlı Qüvvələr Günü ilə bağlı "Ordum varsa Yurdum var" mövzusunda tədbir təşkil edilib.
Əvvəlcə Silahlı Qüvvələrin yaradılmasında müstəsna xidmətləri olan Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Tədbirdə çıxış edənlər  qeyd ediblər ki, Azərbaycan Silahlı Qüvvələrinin yaranması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. Azərbaycan Milli Ordusunun formalaşma prosesi daha da sürətləndi, nizami ordu yaradıldı. Ulu Öndərin açdığı yolda inamlı addımlarla irəliləyən Müzəffər Ali Baş Komandan İlham Əliyev ordumuzun bütün istiqamətlərdə uğurla inkişafını təmin edir. 2020-ci ildə bütün dünya ictimaiyyəti ölkədə aparılan mükəmməl ordu quruculuğu və döyüş hazırlığı prosesini məntiqi nəticələrinin şahidi oldu. 27 sentyabr 2020-ci ildə başlayan və 44 gün ərzində davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımızın qətiyyəti, Şanlı Ordumuzun şücaəti, xalqımızın dəstəyi ilə qazanılan böyük qələbə Silahlı Qüvvələrimizin gücünü bir daha bütün dünyaya göstərdi.
Sonda təşkil olunmuş kitab sərgisinə baxış keçirildi.