Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəmkirdə mədəniyyət müəssisələri tərəfindən bayram tədbiri keçirilib

30.12.2025

30 dekabr 2025-ci il tarixində Şəmkir rayonu üzrə mədəniyyət müəssisələri və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə Şəmkir rayon Mədəniyyət Mərkəzində 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilmişdir.

Tədbir zamanı rayonun istedadlı uşaqları tərəfindən müxtəlif musiqi və rəqs nömrələri nümayiş etdirilmiş, həmçinin müğənnilərin ifasında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ab havasını əks etdirən bayram proqramı təqdim olunmuşdur. Təqdim edilən proqram tədbir iştirakçıları tərəfindən böyük maraq və rəğbətlə qarşılanmışdır.

Tədbirin sonunda Mədəniyyət işçiləri Həmkarlar İttifaqı tərəfindən uşaqlara Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram hədiyyələri təqdim edilmiş, onların sevincinə və bayram əhval ruhiyyəsinə töhfə verilmişdir.

Keçirilən tədbir uşaqların asudə vaxtının səmərəli təşkili, onların yaradıcılıq qabiliyyətlərinin nümayişi, milli həmrəylik dəyərlərinin təbliği və bayramlar münasibətilə mədəni mühitin formalaşdırılması baxımından əhəmiyyətli olmuşdur.