31.12.2025
31.12.2025 tarixində bayram münasibətilə Şəmkir rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə hərbçilər üçün konsert proqramı təşkil edilib. Tədbirin əsas məqsədi hərbçilərin asudə vaxtının səmərəli təşkili, onların mənəvi-psixoloji durumunun yüksəldilməsi və bayram ovqatının yaradılmasıdır.
Konsert proqramında musiqi və rəqs nömrələri təqdim edilib, vətənpərvərlik ruhunda çıxışlar səsləndirilib. Tədbir hərbçilər tərəfindən maraq və məmnunluqla qarşılanıb, ümumi ab-hava yüksək səviyyədə təmin olunubTədbirin sonunda Mədəniyyət Mərkəzinin kollektivinə göstərilən xidmətlərə görə fəxri fərmanlar təqdim edilib. ıə