Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gədəbəydə “Müstəqil Azərbaycanın Güclü Gəncliyi” adlı tədbir keçirilib

02.02.2026

02.02.2026-cı il tarixdə Gədəbəy rayon İcra Hakimiyyətinin, Gədəbəy rayon Heydər Əliyev Mərkəzinin, Mədəniyyət İşçiləri Həmkarlar ittifaqlarının Gədəbəy rayon Komitəsinin və Gədəbəy rayonu üzrə Gənclər və İdman Sektorunun  birgə təşkilatçılığı ilə “Müstəqil Azərbaycanın Güclü Gəncliyi” adlı tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, daha sonra Heydər Əliyev Mərkəzinin muzey bölməsinə ekskursiya təşkil olunub.
Tədbirin rəsmi hissəsini Gədəbəy rayonu üzrə Gənclər və İdman Sektorunun müdiri Röyal İsmayılov açaraq, gənclərin ölkənin ictimai-siyasi və sosial həyatındakı rolundan bəhs edib. Daha sonra Gədəbəy Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Qədir Bağırov, Heydər Əliyev Mərkəzinin elmi işçisi Zamiq Söyünov, MİHİ Gədəbəy rayon Komitəsinin sədri Sona Verdiyeva və AİMC şirkətinin əməkdaşı Nihat Həsənov çıxış edərək gənclərin dövlət siyasətində tutduğu mühüm mövqeyi vurğulayıblar.
Tədbirin sonunda rayonun ictimai həyatında fəallığı ilə seçilən gənclərə fəxri fərmanlar təqdim olunub, sonda isə Heydər Əliyev Mərkəzinin ön hissəsində xatirə şəkli çəkilib.