04.06.2026
04 iyun 2026- cı il tarixində Ağstafa rayon mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə "18 may - 18 iyun İnsan hüquqları aylığı" ilə əlaqədar olaraq "Sənin hüququn" bağlığı altında konfrans və sərgi təşkil edilib.
Tədbirdə Ağstafa rayon MKS-in Mərkəzi kitabxanasının əməkdaşı Aysel Ağakişiyeva, Ağstafa rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşı Mətanət Qəfərova və Ağstafa rayon Hüseyn Arifin Ev Muzeyinin əməkdaşı Sura Həsənova mövzu ətrafında geniş çıxış edərək qeyd etdilər ki, Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının təmin olunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycanda insan hüquq və azadlıqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilməsində Ulu Öndər Heydər Əliyev müstəsna rol oynayıb. Azərbaycanda normativ-hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlarla əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində fəaliyyət yeni çağırışlara uyğun olaraq həyata keçirilir.
#İnsanHüquqlarıAylığı #HumanRightsMonth